Ermənilər Qarabağda qəbirlərimizi belə dağıdır


Siyasət 19 Fev 2020 17:22:00 161 0

Ermənilər Qarabağda qəbirlərimizi belə dağıdır

Rusiyada məşhur olan sosial şəbəkələrdən birində bir qrup Ermənistan vətəndaşı tərəfindən Azərbaycanın Qarabağda yerləşən qədim qəbirstanlığındakı vandallıq aktı barədə yazılanlar böyük səs-küyə səbəb olub.

Son.az axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə Artur Mejlumyan adlı erməninin bölüşdüyü şəkillərdə onun və yanında olan başqa ermənilərin iştirakı ilə azərbaycanlılara məxsus qədim qəbiristanlıqda başdaşılarını təpiklənməsi, sındırılması və alçaldılması açıq-aydın görünür.

Qeyd edək ki, düşmən tapdağı altında olan Qarabağımızda çox sayda qədim qəbiristanlıq mövcud idi.