“Pulyeyən” ödəmə terminalları


Digərləri 19 Fev 2020 17:16:00 132 0

“Pulyeyən” ödəmə terminalları

Vətəndaşların kommunal və ya digər xidmətlərə görə, ödənişlərin həyata keçirməsi üçün müxtəlif üsullar və elekton vasitələr yaradılıb. Son olaraq ödəmə terminalları da  işə salınıb. Amma vətəndaşlar kommunal ödənişləri həyata keçirərkən bəzi hallarda ödənişlərin ya sistemə yüklənməməsi və ya aparatların işləməməsi kimi hallarla üzləşirlər.

Sakin: "Karta bir manat yükləmişəm yüklənməyib. Qəbz çıxıb, amma yüklənməyib. Bir manata görə adam zəng etməyə də utanır".

Son.az ARB TV-yə istinadən xəbər verir ki, belə halların yaşanmasına bu terminallara texniki nəzarətin zəif olması səbəb göstərilir. Mütəxəssislər deyirlər ki, vəsaitlərin yüklənməməsi və ya silinməsi kimi faktlar, sistem təminatındakı nöqsanlardan qaynaqlanır.

Anar İsmayılzadə - İKT mütəxəssisi: "Terminala baxan şəxslər texniki cəhətdən sazlığını yoxlamalıdır. Ya ola bilsin ki, hansısa detaldan qaynaqlanır, ya da proqram təminatında problemlər var".

Digər bir məsələ bəzi xidmət sahələrinin bu ödəmə terminallarından 24 saatlıq ödəniş imkanlarına limitin tətbiqi ilə bağlıdır.

Anar İsmayılzadə - İKT mütəxəssisi: "Bəzi sistemlər var ki, saat 6-dan, 7-dən sonra sistemə səhər saatlarında düşür. Qalır həmin vəsait havada, robotlar icra etmir əməliyyatları, səhər-səhər həmin o sistemə baxan şəxs gəlir və ödənişi həyata keçirir".

Əhalinin itmiş ödənişinin rahatlıqla bərpası üçün terminallarda xüsusi bölmə də yaradılır. Kommunal xidmətlərə görə ödənişi yenidən yükləmək üçün bircə düyməni basmaq kifayətdir.