Azərbaycan əhalisinin ötən ay əldə etdiyi gəlirin məbləği açıqlandı


Digərləri 19 Fev 2020 16:43:00 130 0

Azərbaycan əhalisinin ötən ay əldə etdiyi gəlirin məbləği açıqlandı

Azərbaycan əhalisinin ötən ay ərzində əldə etdiyi gəlirin məbləği açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2020-ci il yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 6,8 faiz artaraq 4 milyard 057,5 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 407,8 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3685,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb.

2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olmuşdur.

Ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artıb.