Ali və orta ixtisas təhsili üzrə qəbul imtahanlarının və sənəd qəbullarının tarixləri açıqlandı


Digərləri 19 Fev 2020 15:20:00 160 0

Ali və orta ixtisas təhsili üzrə qəbul imtahanlarının və sənəd qəbullarının tarixləri açıqlandı

Dövlət İmtahan Mərkəzi ali təhsilin bakalavriat, magistratura, rezidentura səviyyələri üzrə qəbul imtahanlarının və sənəd qəbullarının tarixlərini açıqlayıb.

Son.az DİM-ə istinadən həmin tədbirlərin qrafikini təqdim edir:

Tədbir

Tarix (2020-ci il)

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı

İmtahana qeydiyyat

10 - 20 yanvar

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

23 - 25 yanvar

İmtahan

26 yanvar

Sınaq imtahanı

18 yanvar

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu

Ərizə qəbulu

3 - 13 fevral

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

17 - 22 fevral

QƏBUL İMTAHANI

23 fevral

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı

5 - 14 may

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

16 - 18 may

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanı

19 - 22 may

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslaşmaları seçmək istəyən bakalavrların qeydiyyatı

5 - 14 may

Xüsusi qabiliyyət imtahanına buraxılış vərəqəsinin çap edilməsi

27 - 28 may

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslaşmaları seçmək istəyən bakalavrların qabiliyyət imtahanı

29 - 31 may

İxtisaslaşma seçimi

8 - 18 iyun

Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

29 iyun - 14 iyul

Boş qalan yerlərə ixtisaslaşma seçimi

23 - 30 iyul