Ana ürəyinin gücü terrora qalib gələcək - MƏQALƏ


Siyasət 19 Fev 2020 15:07:37 124 0

Ana ürəyinin gücü terrora qalib gələcək - MƏQALƏ

Türkiyə Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan& "Report"-a üçün məqalə:

"Daha bir ananın və ya atanın övladına qovuşması xəbərini eşitmək ürəyimizə sərinlik gətirir. Terror təşkilatı tərəfindən ailələrindən qoparılan daha bir gənc övladın PKK-dan qaçması ilə aksiya başladığı gündən bəri ailələrinə dönən uşaqların sayı 8 nəfər oldu. Bütün bunlar ana ürəyinin gücünün terrorizmi məğlub edə biləcəyini göstərdi. İnşallah PKK ilə əlaqəli problemin həll olunmasında anaların böyük rolu olacaq".

Bu fikirlərTürkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalanın "Report"a təqdim etdiyi məqaləsində yer alıb.

Məqalədə qeyd olunub ki,Diyarbəkirli analar terror təşkilatına qarşı səssiz bir inqilab həyata keçirirlər:

"Anaların nümayiş etdirdiyi bu mövqe terrora qarşı dünyaya nümunə olacaq bir mübarizə metodu və yüksələn güclü bir səsdir. Bu müqavimətin sosial nəticələri vaxt keçdikcə daha yaxşı başa düşüləcək. Onların mübarizəsi xaricdən himayə olunanterrorla dəstəklənən siyasətin zəlzələ ocaqlarını aktivləşdirdi. Müqavimət nəticəsində bu cür siyasətdə qırılmalar, çatlar yarandı və üzərinin örtülməsi istəniləngerçəklik daha aydın ortaya çıxmağa başladı. Belə ki, Hacire adlı ananın oğlunu tələb etməsiylə başlayan proseslə o binadakı partiya fəaliyyətinə fasilə verməli oldu.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan:

"Burada valideynlərin fəryadları, ittihamları və tələbləri çox vacibdir. Sözügedən valideynlər yeni bir dövrün toxumlarını əkirlər".

Xatırlayırsınızsa, Diyarbəkirdə Hacire Akar adlı ana dağa qaçırıldığını iddia etdiyi oğlu Mehmet Akar üçün 22 avqustda HDP-nin təşkilat binası qarşısında oturaq aksiyaya başlamış, 24 avqustda oğluna qovuşmuşdu. Məhz Hacire Akarın tələbi və övladına qovuşması, əvvəldə də qeyd etdiyim kimi bölgə həqiqətlərinin dəyişməsi baxımından inqilabi bir prosesin başlanğıcı oldu.

Bu hadisə terror təşkilatları ilə çirkli əlaqələrin aşkara çıxmasına gətirib çıxardı.

Burada valideynlərin fəryadları, ittihamları və tələbləri çox vacibdir. Sözügedən valideynlər yeni bir dövrün toxumlarını əkirlər. Bu mübarizə PKK-ya dəstək verən elitar təbəqə ilə bu təbəqədən olmayan bölgə xalqı arasındakı uçurumu meydana çıxardı. Burada belə bir məqama da diqqət yetirmək lazımdır ki, bu anaların və ataların aldadılaraq dağa qaçırılan övladlarına qovuşmaq üçün apardığı mübarizənin ən böyük dayağı hüquq mühafizə orqanlarının terror təşkilatına vurduğu zərbədir.

Bir ananın övladını terrordan qoruma istəyinin, hansı ideologiya olursa olsun, mənsubiyyətindən asılı olmayaraq dəstəklənməli olduğu halda, Türkiyədəki ən kiçik bir nöqsana geniş yer verən bəzi xarici media orqanları ailələrin ortaya qoyduğu həssaslığa və mövqeyə səssiz qalmaqdadır. Bu da çox qəribədir".