Şuşa sakini dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb


Siyasət 19 Fev 2020 15:04:00 100 0

Şuşa sakini dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb

Şuşa sakini Rövşanə Quliyeva dünya ictimaiyyətini tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsində Ermənistana təzyiq göstərməyə çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, dünya ictimaiyyətinə müraciətində R.Quliyeva Azərbaycanın ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığı çərçivəsində azərbaycanlıların Dağlıq Qarabağın erməni icması dinc birgəyaşayışa hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Rövşanə Quliyeva 8 may 1992-ci ildə Şuşa erməni qoşunları tərəfindən işğal olunanadək bu şəhərdə yaşayıb.