Sergey Lavrov: "Rusiya Türkiyə ilə əməkdaşlığa hazırdır"


Dünya 19 Fev 2020 14:32:25 129 0

Sergey Lavrov: "Rusiya Türkiyə ilə əməkdaşlığa hazırdır"

Rusiya rəsmiləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı çıxışına münasibət bildirib.

Sergey Lavrov

Rusiya rəsmiləriTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı çıxışına münasibət bildirib.

"Report"RİA “Novosti”yə istinadən xəbər verir ki,Rusiyanın xarici işlər naziriSergey Lavrov Suriya ordusunu dəstəklədiklərini deyərək tərəfləriİdlibə dair razılaşmaya əməletməyə çağırıb.

O,eyni zamanda Rusiyanın Türkiyə ilə yüksək səviyyədə əməkdaşlığa hazır olduğunu söyləyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə rəsmi Kremlin Ankara ilə dialoqu davam etdirmək niyyətində olduğunu vurğulayıb: "Türkiyənin Suriya ordusuna qarşı hərbi əməliyyata başlaması ən pis ssenari ola bilər. Ona görə dəRusiyaİdlibdə vəziyyətin gərginləşməməsi üçün Türkiyə ilə təmaslarını davam etdirəcək".

Qeyd edək ki, Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyada hər anəməliyyata başlaya biləcəyini açıqlayıb.