Bakıda xala uşaqları tutuldular


Digərləri 19 Fev 2020 14:36:00 171 0

Bakıda xala uşaqları tutuldular

Xəzər rayonu Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. 

Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 "play station" salonundan ümumilikdə 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.