Fransa AES-in fəaliyyətini dayandırır


Dünya 19 Fev 2020 13:27:57 167 0

Fransa AES-in fəaliyyətini dayandırır

Fransa hökuməti Almaniya sərhədində yerləşən ölkədə ilk tikilən&iki reaktorlu&Fessenheim Atom Elektrik Stansiyasını (AES)&fevralın və yaxud iyun ayının sonunda bağlanacağını açıqlayıb.

Fransa hökuməti Almaniya sərhədində yerləşən ölkədə ilk tikiləniki reaktorluFessenheim Atom Elektrik Stansiyasını (AES)fevralın və yaxud iyun ayının sonunda bağlanacağını açıqlayıb.

“Report”un “France info”ya istinadən verdiyi xəbərə görə,hökumətin sərəncamındagöstərilir ki, bu hadisə 2022-ci ilədək ölkədəki kömür elektrik stansiyalarının bağlanacağı ilə bağlı zərərli tullantıların azalacağı bir vaxtda nüvə və bərpa olunan enerji mənbələri arasında tarazlığa nail olmağı nəzərdə tutan Fransanın enerji strategiyasını həyata keçirməkdə ilk adaımdır.

Qeyd edək ki, 1977-ci ildən fəaliyyət göstərən Fessenheim AES-in bağlanması məsələsi 2011-ci ilin mart ayında 7,2 maqnitudalı seysmik ərazidə yerləşdiyi üçün yerli qurumlar tərəfindən qaldırılmış, yaxınlıqda yerləşən İsveçrənin üç kantonu da seysmik təhlükəsizlik baxımdan stansiyanı bağlamağın zəruri olduğu barədə Fransa höklumətinə müraciət etmişdi. Sonra Franş-Komte Məhəlli Şurası stansiyanın bağlanması lehinə səs vermişdi. Avropa Parlamentinin Yaşıllar qrupu da məsələni Avropa Komissiyası qarşısında qaldırmışdı.