Bərdədə “MercedesVito” “KamAZ”la toqquşub Ölən var


Digərləri 19 Fev 2020 13:03:00 208 0

Bərdədə “MercedesVito” “KamAZ”la toqquşub  Ölən var

Bərdə rayonunun Qarağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi "Mercedes-Vito" markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub.

Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölüb, özü və daha 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.