Arvadını başqa kişi ilə tutdu, amma bağışladı


Şou-biznes 19 Fev 2020 12:57:00 141 0

Arvadını başqa kişi ilə tutdu, amma bağışladı

Şou-biznes aləmində bir çox qalmaqallı hadisələr baş verib. Bir-biri ilə dalaşanlar, söz atanlar, polisə düşənlər...

Son.az dərgi.az-a istinadla xəbər verir ki, maqazin aləminin ən qalmaqallı hadisələrindən biri də xəyanət məsələləridir.

Belə ki, şou-biznes nümayəndləri arasında bir çoxu xəyanət üstündə boşanıb. Bunların sırasında özü xəyanət etdiyi üçün ilk ailəsindən ayrılmalı olan və yenidən evlənən aktyor Fərda Xudaverdiyev də var.

Xəyanətə görə ailəsini dağıdan şou-biznes nümayəndələrindən biri də müğənni Lətifə Soyuözdür. 2016-cı ildə ayrılan Dəniz Lətifə Soyuöz cütlüyünün Arif adı bir övladları da var. Müğənni özü etiraf edib ki, boşandıqdan sonra ərinin ona birlikdə xəyanət etdiyi qadının kimliyini sadəcə maraq üçün tapıb.

Uzun müddət səhnədən uzaqlaşdıqdan sonra 2017-ci ildə yenidən sənətə qayıdan müğənni Zahidə Günəş də həyatının çətin mərhələsini məhz xəyanətə görə yaşamışdı. Z.Günəş "Mənim ailəm xəyanətə görə dağıldı. Özü də elə bir xəyanət ki, gülə-gülə, gözümün içinə baxa-baxa" deyərək, özü də xəyanətlə qarşılaşdığını etiraf edib.

Çılpaq fotoları ilə tanınan Afaq Aslan isə xəyanətlə qarşılaşmaqla yanaşı, buna görə bətnindəki övladdan da imtina etməli olub: "Həyat yoldaşımın mənə xəyanət etdiyini öyrəndim. Bir xanım mənimlə görüşdü və gətirdiyi uşağın həyat yoldaşımdan olduğunu dedi. Uşaq da ərimə çox bənzəyirdi. Mən də hamilə idim, istəmədim o uşağı. Qısqandım və aqressivləşdim. Ərimdən xəbərsiz uşağı abort etdirdim. Ona da dedim, sən artıq atasan, neynirsən bu uşağı?! Beləcə, boşandıq".

Əməkdar artist Lalə Məmmədovanın da ailəsinin dağılmasına səbəb xəyanət olub. Müğənninin sözlərinə görə, əslində boşanmalarını tezləşdirən bir çox faktor olub, ən birincisi isə xəyanətdir.

Bu günlərdə gündəmdən düşməyən müğənni Afət Fərmanqızı isə ərini ona xəyanət edərkən tutub. Bu barədə özü "İnstaqram" hesabından 11 ilini verdiyi, sənətini qurban etdiyi insandan xəyanət gördüyünü, buna görə də kişilərə inamı qalmadığını yazmışdı.