Həcc ziyarəti üçün müraciət edənlərin sayı artıb


Digərləri 19 Fev 2020 12:41:00 107 0

Həcc ziyarəti üçün müraciət edənlərin sayı artıb

Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 100 nəfəri ötüb.

Son.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə məlumat verilib ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər.

Bildirib ki, bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.