Azərbaycan nefti ucuzlaşır


Digərləri 19 Fev 2020 12:02:00 114 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 18-də 60,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel azdır.