Qaradərili kişi ağdərili qadını qaçırıb,


Dünya 19 Fev 2020 12:08:00 121 0

Qaradərili kişi ağdərili qadını qaçırıb,

ABŞ-da qaradərili kişi orta yaşlı qadını qaçırıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, Afrika əsilli amerikalı ağdərili qadını qaçıraraq evində 9 saat boyunca sənədli film izlədib.

Robert Lee Noye adlı şəxs ağdərili qadını evinə gətirib, yanında oturdub, 9 saatlıq "Roots" sənədli filminə baxmağa məcbur edib.

Gazette-nin yazdığı məlumata görə, 52 yaşlı qaradərili kişi qadının qaçmaması üçün onu ölümlə də təhdid edib.

Robert polis tərəfindən saxlanılıb. O, ifadəsində bildirib ki, qadını başa salmaq üçün belə bir üsuldan istifadə edib.