Nazir müavini: "Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur"


Digərləri 19 Fev 2020 12:09:14 129 0

Nazir müavini: "Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur"

Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsində pilot layihələr çərçivəsində Səudiyyə Ərəbistanının "ACWA Power" və "Masdar" şirkətləri qeyd olunan məbləği yerləşdirir. Həmin layihələrin reallaşdırılması iki ilə yaxın davam edəcək və mərhələli şəkildə istismara veriləcək.

Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə birgə 240 meqavatt gücündə külək stansiyalarının tikintisi ilə bağlı, "Masdar" şirkəti ilə birgə isə 220 meqavatt gücündə günəş stansiyalarının tikintisi layihələri icra olunacaq.