Yük maşını minik avtomobili ilə toqquşdu


Digərləri 19 Fev 2020 11:46:00 164 0

Yük maşını minik avtomobili ilə toqquşdu

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi-Mehdiabad yolunun Goradil kəndindən keçən hissəsində qeydə alınıb. Ötmə əməliyyatı yerinə yetirən 10-NO-500 dövlət nişanlı "Hyundai" markalı minik avtomobili qarşı yolda hərəkətdə olan 90-HJ-292 dövlət nömrəli "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.