Əhali ən çox bu rayonların polisindən narazıdır


Digərləri 19 Fev 2020 11:02:00 206 0

Əhali ən çox bu rayonların polisindən narazıdır

Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən, daxili işlər orqanlarının əməyi danılmazdır.

Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın sabit həyat sürəcəyinə, həmçinin, cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə inamı daha da artırır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.

S.İsmayılov polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlərin sayının az olmadığını deyib:

"Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır.