Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı


Siyasət 19 Fev 2020 10:56:01 130 0

Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı

Rusiyanın Tula Dövlət Silah Muzeyində yerləşdirilən Azərbaycanın&təhrif edilmiş xəritəsi muzeydən yığışdırılıb.

Rusiyanın Tula Dövlət Silah Muzeyində yerləşdirilən Azərbaycanıntəhrif edilmiş xəritəsi muzeydən yığışdırılıb.

Bu barədə"Report"un Rusiya bürosuna Azərbaycanın Moskvadakı səfirliyindənməlumat verilib.

"Bir sıra xəbər saytlarındaRusiya Federasiyasının Tula Dövlət Silah muzeyində Azərbaycan Respublikasının təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılmlanıb.Səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılan səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib", - diplomatik nümayəndəlikdən bildirilib.