Britaniya təcrübəli kadrlar üçün yeni immiqrasiya sistemi yaradır


Dünya 19 Fev 2020 10:26:14 111 0

Britaniya təcrübəli kadrlar üçün yeni immiqrasiya sistemi yaradır

Yeni sistem 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək

Böyük Britaniya ölkədəki əcnəbi işçi səviyyəsini yüksəltmək məqsədi ilə immiqrantların peşə keyfiyyətlərini qiymətləndirmək üzrə yeni sistem tətbiq edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin açıqlamasında deyilir.

“Biz miqrantların sərbəst hərəkətinə son qoyacağıq, Britaniyada bal sisteminə əsaslanan immiqrasiya sistemi tətbiq etməklə sərhədlərimizə nəzarəti bərpa edəcəyik”, - Daxili İşlər naziri Priti Patel deyib.

Xanım nazir əlavə edib ki, bu təşəbbüs dünyanın dörd bir yanından yalnız ən parlaq və ən yaxşı işçiləri cəlb etməyə, iqtisadi artımı stimullaşdırmağa və ölkənin potensialını tam reallaşdırmağa imkan verəcək.

Yeni sistem 2021-ci il yanvarın1-dən tətbiq ediləcək.

Namizədlərə bir sıra meyarlara uyğun gəlib-gəlməmələrindən asılı olaraq ballar veriləcək: bacarıq və ixtisas dərəcələri, ingilis dilini bilmə səviyyəsi və s. yoxlanılacaq. Bundan əlavə, iş vizası almaq üçün iş təklifinin olması tələb ediləcək.