Azərbaycandan toyuq əti niyə xaricə ixrac edilmir?


Digərləri 19 Fev 2020 08:03:00 190 0

Azərbaycandan toyuq əti niyə xaricə ixrac edilmir?

Azərbaycanda toyuq əti istehsalının maya dəyəri nisbətən yüksək başa gəldiyi üçün bu məhsulu hələlik ixrac etmək mümkün deyil.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Quşçular Cəmiyyətinin İdarə Heyətinin sədri Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, xarici ölkələrdə quş ətinin bir kq-ı 1 dollar, 1 dollar 20 sentə başa gəldiyi halda, Azərbaycanda bu, təxminən 2 dollara başa gəlir: "Buna görə də Azərbaycanın quş ətinin ixracı üçün xarici ölkələrdən sifarişlər edilmir. Amma sifarişlər olarsa, məhsulu istehsal etmək üçün maddi-texniki imkanlar var".

A.Vəliyev bildirib ki, toyuqlar üçün yemlərin - buğda, qarğıdalı, soya və s.-nin xarici ölkələrdən gətirilməsi toyuq əti istehsalının baha başa gəlməsinə səbəb olur.

Cəmiyyət sədri qeyd edib ki, yem məhsullarının ucuz başa gəlməsi üçün yerli istehsalı genişləndirmək lazımdır:

"Yerli yem məhsullarının istehsalını artırmaq lazımdır, bu isə hələ mümkün deyil. Azərbaycanda yerli yem məhsullarını ancaq mövsüm dövründə istehsal etmək mümkündür. Digər tərəfdən, məhsulu əkdikdən sonra onun saxlanılması üçün şərait də olmalıdır. Xarici ölkələrdə bu məhsulları saxlamaq üçün kifayət qədər şərait var. Azərbaycanda isə kifayət qədər şərait yoxdur. Sahibkarlar biçin, yığım vaxtı yem alıb anbarlarına yığırlar. Ancaq anbardakı məhsul bitdikdən sonra xaricdən mal almaq zərurəti yaranır".

A.Vəliyev hesab edir ki, bu problemin həlli üçün yemin saxlanılması üçün anbarların tutum həcmi genişləndirilməlidir: