Tramp Ərdoğanla İdlibdəki vəziyyət üzərində birlikdə işlədiklərini açıqlayıb


Dünya 19 Fev 2020 08:09:00 115 0

Tramp Ərdoğanla İdlibdəki vəziyyət üzərində birlikdə işlədiklərini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Suriyanın İdlib bölgəsindəki vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə işlədiklərini bildirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, D.Tramp bu barədə jurnalistlərə açıqlaması zamanı deyib.

ABŞ prezidenti bildirib: "Mənim Prezident Ərdoğanla çox yaxşı söhbətim oldu. O, sərt adamdır, amma münasibətlərimiz yaxşıdır... o, orada minlərlə və yüz minlərlə insanların öldürülməsini istəmir".

D.Tramp qeyd edib ki, onlar İdlib bölgəsi barədə danışıblar, birlikdə işləyirlər və edilə biləcəkləri nəzərdən keçirirlər.