Qiyməti 1,6 milyard dollar olan yeni superkompüter hazırlanır


Digərləri 19 Fev 2020 07:28:00 144 0

Qiyməti 1,6 milyard dollar olan yeni superkompüter hazırlanır

Böyük Britaniya hökuməti dəyəri 1,6 milyard dollar olan superkopmpüter hazırlayacaq. Hazırlanacaq superkompüter hava proqnozunu daha dəqiq müəyyənləşdiirlməsinə imkan verəcək.

Son.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes, energetika və  sənayenin strategiyasə məsələləri  üzrə nazirliyi  məlumat yayıb. "Yeni texnologiyanın  köməyi ilə vaxtında hava proqnozunu müəyyən edə biləcəyik. Bu iqlim dəyişikliklərinin baş verdiyi bir mərhələdə çox vacibdir"- nazirliyin meteoroloji xidmətinin  icraçı drektoru Peni Endersbi deyib.

Yeni superkompüter 2022-ci ilədək hazır olacaq.

Mütəxəssislərin fikrincə, yeni superkompüter hazır olduqdan sonra  tufanların, daşqınların vuracağı ziyanın həcmini azaltmaq mümkün olacaq. Yeni kompüter Britaniya  hökumətinin eyni zamanda  qlobal istiləşməyə qarşı mübarizəsinin  tərkib hissəsi hesab olunur. (ölkə.az)