Qrenlandiya əriyən buzlaqların suyunu satmaq istəyir


Digərləri 19 Fev 2020 07:00:00 135 0

Qrenlandiya əriyən buzlaqların suyunu satmaq istəyir

Qrenlandiya hökuməti əriyən buzlaqların suyunu kommersiya kompaniyalarına satmaq istəyir. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "De Tagesspiegel" nəşrinə Qrenlandiyanın Energetika naziri Yess Svane deyib.

Onun sözlərinə görə, hazırda doqquz layihə var, hansılar ki, su ixracını hazırlayır və müvafiq lisenziyalar alıblar. Ümumilikdə Qrenlandiya 16 belə lisenziya verib.

Svane qeyd edib ki, planetdə içməli suyun çatışmazlığı artacaq, ona görə də hökumət buzlaq suyunu məhsula çevirmək istəyir. Bunun sayəsində Qrenlandiyanı bütün dünyada tanıyacaqlar. Nazir bildirib ki, əgər əriyən buzlaqların suyu ixrac olunmasa, o, yararsız hala gələcək.