Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü - YENİLƏNİB


Dünya 19 Fev 2020 04:16:00 133 0

Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü - YENİLƏNİB

Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı artıb

© Deutsche Welle

Çində koronavirus qurbanlarının sayı durmadan artır.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Son məlumata görə, ölkədə 2 004 nəfər virusun qurbanı olub. Çin həkimləri 14 376 xəstənin sağalmasına nail olublar.

Bildirilir ki, ölkədə virusa yoluxanların sayı da artaraq 74 185 nəfərə çatıb.

Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Xubey əyalətində baş verib.

Qeyd edək ki, Çində koronavirus ötən ilin sonlarında Xubey əyalətində yayılmağa başlayıb.

***02:42

Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilir ki, koronavirusdan ölənlərin sayı 1 921 nəfərə çatıb. Əyalətdə9 128xəstə sağalıb. Xubeydə virusa yoluxanların sayı 61,6 min nəfərə yüksəlib.

Virusa ən çox yoluxanlar Uhandadır. Burada 44,4 min nəfər koronavirus daşıyıcısıdır. Siyahıda ikinci yerdə Syaoqan, üçüncü yerdə isə Xuanqan qərarlaşıb. Regionun daha 4 şəhərində göstəricilər min nəfərdən çoxdur.