Nöqsanlara görə cəzalandırılmış vəzifəli şəxslərin sayı açıqlandı

Siyasət 19 Fev 2020 01:29:54 154 0

Nöqsanlara görə cəzalandırılmış vəzifəli şəxslərin sayı açıqlandı

Vətəndaş müraciətləri ilə işin yaxşılaşdırılması üçün 2019-cu il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 344 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 353 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 min 719 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunmuşdur.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

Qeyd edilir ki, bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülmüşdür: “Belə ki, 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 64 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülmüş, 793 nəfərə xəbərdarlıq edilmişdir.

Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 315 vəzifəli şəxs barəsində tədbir görülmüş, onların 60 nəfərinə töhmət və ya şiddətli töhmət, 8 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 3 nəfərin dərəcəsi aşağı salınmış, həmçinin 244 nəfərə xəbərdarlıq edilmişdir”.

2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş vətəndaş müraciətlərinə nəzarətlə baxılmasına xüsusi əhəmiyyət verilmişdir. Belə ki, nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində 24 nəfər barəsində intizam tənbehi tədbirləri görülmüş, o cümlədən Daxili İşlər, Təhsil, Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və başqa təşkilatlarda 9 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən suiistifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılmışdır.