Hava narahatlıq hissi yarada bilər


Digərləri 18 Fev 2020 23:25:00 142 0

Hava narahatlıq hissi yarada bilər

19 fevralda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 19-da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.