Windows 10 sizi bezdirir? Windows 12 Lite ilə tanış olun


Digərləri 18 Fev 2020 22:50:00 127 0

Windows 10 sizi bezdirir? Windows 12 Lite ilə tanış olun

Windows 10-un etibarı Microsoft-un son zamanlarda yayımladığı problemli yenilənmələrlə zədələnib. "Windows 12 Lite" məhz bu problemləri həll etmək üçün ideal variant ola bilər.

Son.az ted.az-a istinadən bildirir ki, Linux Lite 4.8 LTS-nin modifikasiya edilmiş versiyası olan Windows 12 Lite Windows 10-a bənzəyir. Reddit-dəki bir istifadəçi Windows 12 Lite-ın yerli kompüter mağazasında satıldığını gördüyünü iddia edib. Windows 12 Lite-ı yeniləmə imkanınız yoxdur. Beləcə, yeniləmədən dolayı çətinlik yaşama ehtimalı da aradan qalxmış olur.

Proqram haqqında adi A4 vərəqində çap edilmiş bələdçidə belə deyilir: "Hər işləmək istədiyinizdə yenilənmə lazım gəlmir. Yenilənmələr uğursuz olur, ona görə də yenilənmə apara bilməzsiniz".

Yazılanların Windows 10-un son zamanlardakı yenilənmə problemlərinə işarə olduğu aydındır. Vərəqdə o da qeyd olunub ki, Windows 12 Lite-da sözügedən problemlər yoxdur. Bundan başqa, əməliyyat sistemi Windows 10-dan üç dəfədən artıq sürətli işləyir və təxminən 15 saniyədə açılır.

Heç də keyfiyyətli görünməyən bələdçidə web-sayt da yer alıb. Saytda Linux Lite 4.8 LTS-ni Windows 10-a bənzətməyə çalışdıqlarını etiraf ediblər.