Türkiyə Rəqabət Təşkilatından Googlea 27 milyon manatlıq cərimə


Digərləri 18 Fev 2020 22:45:00 119 0

Türkiyə Rəqabət Təşkilatından Googlea 27 milyon manatlıq cərimə

Türkiyə Rəqabət Təşkilatı bir müddət əvvəl Google-ın haqsız rəqabət apardığı, onlayın xidmətlərini məcburi təqdim etdiyilə bağlı iddia qaldırmışdı.

Son.az ted.az-a istinadən bildirir ki, məhkəmə prosesi bu gün yekunlaşıb. Türkiyə Google-a pul cəriməsi tətbiq edəcək. Qərarda deyilir ki, 13.02.2020 tarixində Rəqabət Təşkilatı tərəfindən Google-ın 4054 saylı qanunun 6-cı maddəsini pozduğu sübuta yetirilib və cərimə tətbiqinə qərar verilib. Qeyd edək ki Google Türkiyəyə təxminən 276 37 474 manat cərimə ödəməlidir. Ancaq Google-a verilən üç aylıq müddətdə qaldırılan iddilar yerinə yetirildiyi təqdirdə cəza ləğv ediləcək. Sözügedən iddialar arasında Google-ın, xüsusən alış-veriş saytları arasında daha tərəfsiz seçimlər etməsi yer alır.