Həftənin ən diqqət çəkən oyunları


Digərləri 18 Fev 2020 22:10:00 156 0

Həftənin ən diqqət çəkən oyunları

Google Play Store və App Store-da milyonlarla tətbiq var. Bunların arasında oyunlar xüsusi yer tutur.

Son.az ted.az-a istinadən bildirir ki, ən diqqət çəkən oyunlar bunlardır:

Brutal Age: Horde İnvasion

Çox immersiv oyun olan Brutal Age: "Horde İnvasion" əyləncəsində qəbiləni qorumağınız lazımdır. Özünüzəməxsus qəbiləni böyüdə və torpaqlarınızı inkişaf etdirə biləcəyiniz bu oyun olduqca canlıdır.

Asphalt 9: Legends

Bu oyun müxtəlif avtomobillərlə və dünyanın fərqli məkanlarında oynanıla bilən avtomobil yarışdır. "Gameloft" tərəfindən hazırlanan və yayımlanan bu oyun vaxt keçirmək üçün yaxşı alternativdir.

Hustle Castle

Orta əsr konsepsiyasında olan Hustle Castle strategiya oyunudur. Bu oyunda öz qəsrinizi qura və idarə edə bilərsiniz.