Boston Dynamicsin robot iti neft şirkətində mühafizəçi işləyəcək


Digərləri 18 Fev 2020 21:50:00 168 0

Boston Dynamicsin robot iti neft şirkətində mühafizəçi işləyəcək

Boston Dynamics şirkətinin istehsal etdiyi robot it Norveçdə bir neft şirkətində işə başlayacaq.

Son.az ted.az-a istinadən bildirir ki, Spot adlı robot neft emalı zavodlarından birində istehsalat və təhlükəsizliyə cavabdeh olacaq. Görəcəyi iş isə üzərindəki 3D kamera və xüsusi sensorlarla qaz sızıntılarını aşkarlayıb operatorlara xəbər verməkdən ibarətdir. Bundan başqa, robot itin insan həyatı üçün təhlükəli ola biləcək tapşırıqlarda da istifadəsi gözlənilir.