Dünyanın ən nazik naqilsiz qulaqlığı: YOBYBO CARD20 – VİDEO


Digərləri 18 Fev 2020 21:45:00 136 0

Dünyanın ən nazik naqilsiz qulaqlığı: YOBYBO CARD20 – VİDEO

Dünyanın ən nazik naqilsiz qulaqlıq modeli təqdim edilib.

Son.az ted.az-a istinadən bildirir ki, YOBYBO CARD20 adlanan qulaqlıq sadə, şıq dizaynı və xüsusiyyətləri ilə diqqət çəkir.

Bütün lazımsız detallardan arındırılan cihazın batareya qoburu 12,5 mm qalınlığında, qulaqlıqların hər tayının ağırlığı isə təxminən 2,8 qramdır. Qulaqlıqları qoburu ilə birgə şalvarınızın açar üçün nəzərdə tutulan cibinə asanca sığdıra bilərsiniz.

Cihaz Qualcomm QCC3020 çipindən güc alır. Stereo rejimi olan qulaqlıq, eyni zamanda, bir tərəfi ilə mono rejimdə istifadə edilə bilir. "Ağıllı" cihazlara Bluetooth 5.0 ilə bağlanan modelin aptX codec dəstəyi də var.

Qulaqlıqların hər birini maksimum səslə dinləmə zamanı 4 saat istifadə etmək mümkündür. Səs səviyyəsi 70%-də olduqda isə bu zaman 5,5 saata qədər artır. Batareya qoburunun isə əlavə olaraq təxminən 16 saat qazandırdığı bildirilir. IPX4 standartlarında suyadavamlı model idman edərkən də istifadə oluna bilər. Qaçış zamanı qulaqlığın yerə düşmədiyi də qeyd edilir.