Ağıllı saat və simsiz qulaqlıqlar bir qadcetdə


Digərləri 18 Fev 2020 21:15:00 160 0

Ağıllı saat və simsiz qulaqlıqlar bir qadcetdə

Bir qadcetdə "ağıllı" saat və simsiz qulaqlıqları birləşdirmək ideyası "TWS" qulaqlıqlarının hazırlanması üzrə ixtisaslaşmış "Wristbuds" Çin şirkətinin mütəxəssislər komandasına məxsusdur.

Son.az chip.az-a istinadən bildirir ki, "Wristbuds" fitnes məşqləri, sağlamlıq vəziyyətinə nəzarət, musiqinin işə salınması və telefon zənglərinin qəbulu funksiyalarına malik "ağıllı" saatdır. Lakin o, eyni zamanda simsiz qulaqlıqlar üçün enerji ilə doldurma funksiyası olan futlyardır. Qulaqlıqlar isə qrafen əsaslı xüsusi membranla təchiz edilməsi ilə fərqlənir.

Qurğunun yuxarı qatlanan qapağı həm də ekrandır və onun altında enerji ilə yükləmə yuvalarında qulaqlıqlar saxlanılır. "Wristbuds" 1000-dən çox MP3 formatlı musiqi əsərinin saxlanması üçün nəzərdə tutulmuş "instore 4G" yaddaş kartları ilə işləyir. Qulaqlıqların konstruksiyasında istehsalçılar kənar səs-küyün filtrasiyası alqoritmlərinə malik CVC texnologiyasından istifadə ediblər. Qadcetdə "Bluetooth 5" protokolu üzrə əlaqə dəstəklənir.

"Wristbuds" 140 milliamper/saat tutumlu qida mənbəyi ilə təchiz edilib. O, 1 saat ərzində enerji ilə doldurulduqdan sonra 4 gün işləyir. 8-10 milliamper/saat istehlak edən qulaqlıqların hər biri 26 milliamper/saat tutumlu akkumulyatora malikdir.

Şirkət artıq "Kickstarter" platformasında "Wristbuds" üçün vəsait toplanması zamanı 6129 dollar əldə edib. Dəsti aprel ayından etibarən dünyanın istənilən yerindən 79 dollara sifariş etmək mümkün olacaq.