“Audi” Çindəki müəssisəsini yenidən işə saldı


İqtisadiyyat 18 Fev 2020 21:00:00 113 0

“Audi” Çindəki müəssisəsini yenidən işə saldı

“Audi” şirkəti Çinin Cilin əyalətinin paytaxtı Çanqçun şəhərində yerləşən müəssisəsini koronavirusun yayılması səbəbindən bir müddət dayandırdıqdan sonra ötən gün yenidən işə salıb.

“Audi” şirkəti Çinin Cilin əyalətinin paytaxtı Çanqçun şəhərində yerləşən müəssisəsini koronavirusun yayılması səbəbindən bir müddət dayandırdıqdan sonra ötən gün yenidən işə salıb.

“Report” “Automobilwoche”yə istinadən xəbər verir ki, bu barədə şirkətin Marketinq şöbəsinin rəhbəri Hildeqard Vortmann məlumat verib.

O, koronavirusun törətdiyi böhranın hələlik aradan qalxmadığını da vurğulayıb.

Xatırladaq ki, Leyşenşan xəstəxanasının rəhbəri Vanq Sinqhuanfevralın 17-də koronavirusun episentri olanUhan şəhərində yoluxma hallarının getdikcə azaldığını bildirib. Eyni zamanda rəsmi məlumatda fevralın 18-i səhərə olan məlumata görə, 12,5 min nəfərin sağalaraq evə buraxıldığı vurğulanıb.