Gəncədə yol qəzası baş verdi, ölən və yaralananlar var - YENİLƏNİB


Sosial 18 Fev 2020 19:33:00 203 0

Gəncədə yol qəzası baş verdi, ölən və yaralananlar var - YENİLƏNİB

Gəncə şəhərində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Gəncə şəhərində baş verən yol qəzasında yaralananların adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə,1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Abbasovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Digər yaralı, 1988-ci il təvəllüdlü Səbuhi Akif oğlu Həsənov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

*** 18:34

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə,qəza Gəncə şəhər Şahsevənlər küçəsində qeydə alınıb.

Belə ki,"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1 nəfər kişi hadisə yerində ölüb. Daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.