Azərbaycan neftinin qiyməti dəyişdi


Digərləri 18 Fev 2020 19:08:09 116 0

Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 17-də 61,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.