Əşrəf Qəni yenidən prezident seçildi


Dünya 18 Fev 2020 18:38:00 141 0

Əşrəf Qəni yenidən prezident seçildi

Əfqanıstanın hazırkı rəhbəri Əşrəf Qəni yenidən prezident seçkilərinin qalibi olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının (MSK) sədri Havu Ələm Nuristaninin açıqlamasında deyilir. O bildirib ki, Qəni seçicilərin 50,64%-nin səsini toplayaraq ikinci müddətə prezident seçilib.

Səsvermənin nəticələrinə görə, ikinci yeri 39,52% səslə Abdulla Abdulla, üçüncü yeri 3,85% səslə Gülbəddin Hikmətiyar tutub.

Qeyd edək ki, MSK-nın nəticələri elan etməsindən sonra Abdulla "Facebook" səhifəsində bununla razılaşmayaraq səslərin yenidən hesablanmasını tələb edib.