Sinqapurda koronavirusa yoluxanların sayı artıb


Dünya 18 Fev 2020 18:02:26 115 0

Sinqapurda koronavirusa yoluxanların sayı artıb

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Sinqapurda yeni koronavirusa yoluxanların sayı 81-ə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkəninSəhiyyə Nazirliyindən bildirilib.

Açıqlamaya görə, hazırda yoluxanlardan 29 nəfər tam sağalıb, xəstəxanada müalicə olunanlardan 4 nəfər ağır vəziyyətdədir, qalanlarının isə vəziyyəti kafidir. Koronavirusun yayılması ilə bağlı karantində saxlanılan 2,4 mindən artıq xəstənin 1 100-ə qədəri iki həftəlik karantin müddətini başa vurub.