Məzahir Pənahov: "Onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər"


Siyasət 18 Fev 2020 17:59:34 121 0

Məzahir Pənahov: "Onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər"

“Sosial şəbəkələr tərəfsiz bir görüntü yaradır”.

“Sosial şəbəkələr tərəfsiz bir görüntü yaradır”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Kimsə sənə imkan vermirsə işləməyə, demək günah səndədir. Ona görə biz günahı komissiyada görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”.