Nadir axtardığı gəlini tapıb


Şou-biznes 18 Fev 2020 18:00:00 136 0

Nadir axtardığı gəlini tapıb

Böyük oğlumun 24, kiçiyin 22 yaşı var. Hiss edirəm ki, tez evlənəcək. O bir az diribaşdır, böyük isə ağırdır. Kiçiyin işi var, böyük isə seçir. Deyir ki, Avropada təhsil almışam, fərqliyəm, daha yaxşı iş yerində çalışaram.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Evdəkilərə salam" verilişində müğənni Nadir Qafarzadə oğulları Loğman və Əziz haqda danışarkən söyləyib.

"İndi övladların işinə qarışmaq olmur. Mən onlara məsləhət verə bilərəm. Desələr ki, bunu istəyirəm, deyəcəm ki, yenə də fikirləş. Qohumlarımda yox, amma dost-aşnada namizəd var", - Nadir bildirib.

Müğənni İsveçrənin Cenevrə şəhərində təhsil alan böyük oğlu Loğman üçün həyat yoldaşı namizədini tapdığını da söyləyib:

"İndi məktəbdə oxuyur. Atası diplomatdır, Əl-Cəzairdə, Amerikada yaşayıblar. İndi isə Fransadadırlar. O ailədən xoşum gəlir. Savadlı, kübar və sağlam ailədilər. Qismətdir. Elə tez istəyirəm ki, toyları olsun, ailədə balaca uşaq olsun".