Türkiyə səfiri: "Xocalı qətliamının günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar"


Siyasət 18 Fev 2020 17:30:57 125 0

Türkiyə səfiri: "Xocalı qətliamının günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar"

"Xocalı qətliamı dünyanın gözü qarşısında törədilib və təəssüflər olsun ki, facəsinin günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar".

Fatma Ceren Yazqan

"Xocalı qətliamı dünyanın gözü qarşısında törədilib və təəssüflər olsun ki, facəsinin günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Gürcütandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib.

Səfir deyib ki, soyqırımda günahsız körpə və uşaqlar, qadın və qocalar qətlə yetiriliblər: "Xocalı faciəsinin ağrı-acısı unudulmur və hər zaman yaşayacaq. Allah Xocalı qurbanlarına rəhmət etsin, bizə isə qətliam günahkarlarını ədalət məhkəməsində görməyi nəsib olsun".