Azərbaycanda mobil operatorların gəliri açıqlandı


Digərləri 18 Fev 2020 17:30:00 135 0

Azərbaycanda mobil operatorların gəliri açıqlandı

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 187,3 milyon manatlıq xidmət göstərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub.

2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 24,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 77,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,3 faizi və ya 77,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.