Yaqub Mahmudov: "İkinci Dünya müharibəsinin tarixi yeni səpkidə araşdırılır"


Digərləri 18 Fev 2020 17:35:00 163 0

Yaqub Mahmudov: "İkinci Dünya müharibəsinin tarixi yeni səpkidə araşdırılır"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, sovet dönəmində qəsdən cəmiyyəti yalançı tarixə inandırmağa çalışıblar, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. İnstitutda "Azərbaycanın sovet dövrü tarixi" şöbəsi fəaliyyət göstərir:

"Azərbaycan xalqının zəkasının faşizm üzərində qələbədə mühüm rolu var. Böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin yüksək oktanlı yanacaq ixtira etməsi ilə İkinci Dünya müharibəsində böyük dönüş yarandı. Bakı nefti və Yusif Məmmədəliyevin mühüm ixtirası olmasaydı, 1941-1945-ci illər müharibəsi qələbə ilə sona çatmaz və dünya faşizm bəlasından xilas olmazdı".