Kanada 96 yaşlı nasisti deportasiya edir


Dünya 18 Fev 2020 16:42:48 155 0

Kanada 96 yaşlı nasisti deportasiya edir

Kanada kütləvi qətllərdə şübhəli bilinən 96 yaşlı keçmiş SS-çi Helmut Oberlanderin deportasiya prosesinə başlayıb.

© thestar.com

Kanada kütləvi qətllərdə şübhəli bilinən 96 yaşlı nasist Helmut Oberlanderin deportasiya prosesinə başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hazırda onunekstradisiyası başlamasa da, artıq Kanada vətəndaşlığından məhrum edilib.

Ötən ilin oktyabr ayında Rusiyanın Federal Təhlükəsizlik Xidməti İkinci Dünya müharibəsində 214 uşağın qətli, həmçinin məzarların tədqiqatı və meyitlərin eksqumasiyasının nəticələri haqqında sənədləri məxfilikdən çıxarıb. Nasistlərin öldürdüyü uşaqlar Eysk şəhərindən təxliyə edilmiş uşaq evinin yetirmələri idi. Bundan sonra Rusiyada soyqırım maddəsi üzrə cinayət işi açılıb.

H.Oberlander “SS-10a” zonderkomansında tərcüməçi olaraq işləyib. Onların dəstəsi işğal edilmiş ərazilərdə qaz kameralarının tətbiqi ilə məşhur olub. Həmin əməliyyatlardan biri də 1942-1943-cü illərdə Krasnodar diyarında keçirilib. Bu ərazidə uşaqların kütləvi qətli 1942-ci ilin 9-10 oktyabr tarixlərində baş verib.

1940-cı və 1946-cı illərdə “SS-10a” zonderkomandasının bəzi üzvləri tutularaq mühakimə edilib. Ancaq H.Oberlander cinayət məsuliyyətindən yayına bilib. O, Almaniyanın təslim olmasındandərhal sonra istintaq orqanlarından gizlənib. H.Oberlander zonderkomandada xidmətini inkar etməsə də, kütləvi qətldə əli olmadığını bildirib.

2019-cu ilin dekabrında Kanadanın Ali Məhkəməsi H.Oberlanderi “SS-10a” zonderkomandasında iştirakını rəhbərlikdən gizlətdiyinə görə vətəndaşlıqdan məhrum edib. Onun verdiyi apellyasiya şikayətinəbaxılmaqdan imtina edilib.