Prezident İlham Əliyev: Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir


Siyasət 18 Fev 2020 16:40:00 37 0

Prezident İlham Əliyev: Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir

Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.

Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.

Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.

Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir. Əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur".

MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv etdi like
  • 18 Fev 16:38  
Siyasət MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv etdi

MSK-nın bu gün keçirilən iclasında 123 saylı Kəlbəcər Seçki dairəsind

arrow Ətraflı
Baş prokuror yeni idarə rəisi təyin etdi like
  • 18 Fev 16:36  
Digərləri Baş prokuror yeni idarə rəisi təyin etdi

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni r

arrow Ətraflı
Tərtər sakinlərinin evindən silah tapıldı like
  • 18 Fev 16:35  
Digərləri Tərtər sakinlərinin evindən silah tapıldı

Tərtər rayonunun Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərin

arrow Ətraflı
Prezident İlham Əliyev: "Son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də mislibərabəri yoxdur" like
  • 18 Fev 16:32  
Siyasət

Son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpüləri

arrow Ətraflı
Məktəblərdəki münaqişə hallarına görə 5 məsul şəxsə töhmət verildi like
  • 18 Fev 16:24  
Digərləri Məktəblərdəki münaqişə hallarına görə 5 məsul şəxsə töhmət verildi

2020-ci ilin yanvar ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2

arrow Ətraflı
Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər like
  • 18 Fev 16:19  
Digərləri Qiymətləri ilə razılaşmayan şagirdlər şikayət edə biləcəklər

Orta məktəblərdə summativ qiymətləndirmələrin nəticələri, yaxud yarı

arrow Ətraflı
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib  FOTO like
  • 18 Fev 16:13  
Siyasət Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentli

arrow Ətraflı
Rusiyada azərbaycanlı qardaşını bıçaqladı like
  • 18 Fev 16:11  
Kriminal Rusiyada azərbaycanlı qardaşını bıçaqladı

Rusiyanın Sestroretsk şəhərində azərbaycanlı qardaşını bıçaqla yaral

arrow Ətraflı
Xuraman əri və yeni doğulan qızının like
  • 18 Fev 16:08  
Şou-biznes Xuraman əri və yeni doğulan qızının

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin və yeni doğulan qızı M

arrow Ətraflı
MSK-nın iclası başladı like
  • 18 Fev 16:07  
Siyasət MSK-nın iclası başladı

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

arrow Ətraflı
Avropada avtomobil satışı azaldı like
  • 18 Fev 16:07  
İqtisadiyyat Avropada avtomobil satışı azaldı

Avropada avtomobil satışı azaldı

arrow Ətraflı
Bakıya koronavirusdan tez çatan koronavirus işbazları  VİDEO  FOTO like
  • 18 Fev 16:02  
Kriminal Bakıya koronavirusdan tez çatan koronavirus işbazları VİDEO FOTO

ARB TV-nin "Günə doğru" verilişində koronavirus fırıldaqçıl

arrow Ətraflı
Almaniyanın qətlə görə axtarışa verdiyi kişi Bakıda saxlanılıb like
  • 18 Fev 16:01  
Sosial Almaniyanın qətlə görə axtarışa verdiyi kişi Bakıda saxlanılıb

Almaniya dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.

arrow Ətraflı