Bahçeli: "Türkiyədə heç bir hərbi çevriliş olmayacaq"


Dünya 18 Fev 2020 16:46:00 151 0

Bahçeli: "Türkiyədə heç bir hərbi çevriliş olmayacaq"

Türkiyədə heç bir hərbi çevriliş olmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli deyib.

O bildirib ki, ölkədə hərbi çevriliş planlaşdıran və arzulayan qüvvələr öz məqsədlərinə çatmayacaq:

"Türkiyə xalqı, əvvəllər olduğu kimi istənilən hərbi çevriliş cəhdinə qarşı çıxacaq".