Avropada avtomobil satışı azaldı


İqtisadiyyat 18 Fev 2020 16:07:04 188 0

Avropada avtomobil satışı azaldı

Avropada avtomobil satışı azaldı

Qlobal iqtisadiyyatdakı tənəzzül, bəzi ölkələrdə vergilərin artırılması və Böyük BritaniyanınAvropa İttifaqından(Aİ) çıxması ilə əlaqədar yaranmış qeyri-müəyyənlik Avropada avtomobil satışının azalması ilə nəticələnib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatında bildirilir.

Sənədə əsasən, bu ilin yanvar ayında Avropada 1,135 milyon ədəd avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə7,4% azdır.

Son 1 ildəAvropa ölkələri arasında ən çox azalma İsveç (18%), Fransa (13,4%), İspaniya (7,6%) vəAlmaniyada (7,3%) qeydə alınıb. Satışı ən çox azalmış avtomobil markası isə "Renault" olub -16,3%.