Ata ağlayan körpəsini ütü ilə öldürdü,


Dünya 18 Fev 2020 15:57:00 160 0

Ata ağlayan körpəsini ütü ilə öldürdü,

Rusiyanın Samara vilayətində ata dörd aylıq qızını öldürüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi xəbər yayıb.

Uşağın cəsədi küçədə bağlamanın içində tapılıb. Tibbi ekspertiza zamanı körpənin başından aldığı zərbə nəticəsində öldüyü məlum olub.

İstintaq prosesində 34 yaşlı ata evə sərxoş vəziyyətdə gəldiyini və ağlayan uşağı sakitləşdirmək üçün qucağına götürərək silkələdiyini deyib.

Onun ifadəsinə görə, körpə arada əlindən yerə düşüb və o, yenidən uşağı götürərək silkələməyə davam edib.