18 yaşlı ana körpəni pəncərədən küçəyə atdı


Dünya 18 Fev 2020 15:24:00 106 0

18 yaşlı ana körpəni pəncərədən küçəyə atdı

Rusiyanın Stavropol şəhərində 18 yaşlı qadın dünyaya gətirdiyi körpəsini dəsmala bükərək mənzilin pəncərəsindən küçəyə atıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Stavropol vilayəti üzrə İstintaq Komitəsindən məlumat verilib. 

Xoşbəxtlikdən körpə qonşular tərəfindən aşkar edilərək təcili tibbi yardım xidmətinin həkimlərinə təhvil verilib. 

Gənc ana polis tərəfindən saxlanılıb. Ona qarşı cinayət işi açılıb.