Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatdı


Dünya 18 Fev 2020 15:26:28 157 0

Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatdı

Moskva şəhərində Suriyadakı vəziyyətlə bağlı Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş yekunlaşıb.

© Türkiyə Xarici İşlər Nazirliyi — Türkiyə və Rusiya heyətləri arasında görüş

Moskva şəhərində Suriyadakı vəziyyətlə bağlı Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş yekunlaşıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, bu barədəTürkiyə XİN başçısı Mövlud Çavuşoğlu məlumat verib.

O,müzakirələr nəticə vermədiyi təqdirdə prezidentlər səviyyəsində görüşlərin davam etdiriləcəyini açıqlayıb.

Bu arada, Suriyada Bəşşar Əsədə sadiqqüvvələrin İdlibə hücumları nəticəsində son altı gündə 148 min mülki vətəndaş Türkiyə ilə sərhədə köçüb.

Xatırladaq ki, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında ilk görüş fevralın 17-dəbaş tutub.