Narkotik satanlara qarşı əməliyyat:


Digərləri 18 Fev 2020 15:13:00 158 0

Narkotik satanlara qarşı əməliyyat:

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib.  

Son.az APA-ya istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir zamanı Balakən şəhər sakini, 1984-cü il təvəllüdlü Elşad Zahid oğlu Məsiyevin yaşadığı evə baxış keçirilib. Baxış zamanı ordan 13 ədəd kağız bükülüdə ümumi çəkisi 1, 689 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı Elşad Məsiyev narkotik vasitəni Balakən şəhər sakini, 1981-ci il təvəllüdlü Mətləb İsmayıl oğlu Yusubovdan aldığını bildirib. Tədbir zamanı Elşad Məsiyevin evində qonaq qismində olan Balakən şəhər sakinləri - 1975-ci il təvəllüdlü Qəhraman İlyas oğlu Bayramov və 1983-cü il təvəllüdlü Mətin İqbal oğlu Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0, 455 qram heroin aşkar edilərək götürülüb. Tədbirin davamı olaraq Elşad Məsiyevin narkotik vasitəni aldığı Mətləb Yusubovun yaşadığı evdən təmiz çəkisi 0, 691 qram heroin aşkar edilərək götürülüb.

Keçirilmiş digər tədbir zamanı rayonun Gərəkli kənd sakinləri 1977-ci il təvəllüdlü Nurullah Nəsrəddin oğlu Kutlasovun yaşadığı evdən 7,34 qram, 1986-cı il təvəllüdlü Elşad Abduli oğlu Mustafayevin  yaşadığı evdən isə 41,36 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana götürülüb.  Hər üç fakt üzrə Balakən RPŞ-də cinayət işi başlayıb.